• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

🇺🇿 Təşkent səfərindən qeydlər - plov, dostlar və layihələr

🇺🇿 Təşkent səfərindən qeydlər - plov, dostlar və layihələr
Qısamüddətli, amma dolu-dolu bir səfər oldu. Artıq uzun müddətdir beynimdə gəzən bir fikir var idi - PMO.az Layihə Düşüncə Məktəbi-nin Özbəkistanda nümayəndəliyi.

İndi deyə bilərəm ki, bu plan artıq real istiqamət alır.
Səfərin 3 maraqlı tərəfini bölüşüm 👇
 

1. Emosional və qastronomik hissə
Təşkent mənə doğma Gəncəni xatırlatdı - ağacları, həyətləri, o isti ab-havası.
Kərpic hasarlar yox idi, amma nəsə tanış bir ruh vardı.
Plov isə... Plovdan başqa heç nə yemədim.
Düzünü desəm, o qədər çox yedim ki, ertəsi gün axşama qədər aclıq hiss etmədim 😅 Yaş göstərdi - artıq gənclik dözümü yoxdur!

2. Dostlarla görüş
Köhnə dostlar, tərəfdaşlar, hətta universitetdən belə...
Bir neçə yeni dost da qazandım.
Ən maraqlısı - hədiyyə olaraq kitablarımı verdim və başa düşdüm ki, bundan yaxşı hədiyyə yoxdur. Qısa reklam oldu deyəsən 🫠

3. İmkanlar və ilk addımlar
Və indi gəldik əsas hissəyə - “Şərq məsələsi çox incədir.”
Bir işi həll etmək üçün 3 dəfə getdim:
Dövlət xidmətlərinə - 3-cü dəfədən qeydiyyatdan keçdim,
Mobil nömrə almağa - 3-cü dəfədən tam sənədləşdi,
Otel məsələsi - 3-cü dəfədən rahatlaşdım,
Banka isə 2 dəfə getdim, amma inanıram ki, 3-cü dəfə alınacaq 😄

Əsas odur ki, istiqamət var, layihələr və potensial da böyükdür.
İnşallah, PMO.az Layihə Düşüncə Məktəbi Özbəkistanda da layihələrdə iştirak edəcək.
Bünövrə qoyuldu - indi tenderə hazırlaşırıq, yeni əlaqələr və beynəlxalq təcrübə bizi gözləyir.

Bu il artıq ikinci ölkəmiz və biz bundan qürur duyuruq.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

03.11.2025

Greenghosting: İkiüzlülüyün ən pis forması

Xəbərlər

Greenghosting: İkiüzlülüyün ən pis forması

Greenwashing, greenlighting, greenlabelling, greenhushing, greenshifting və greenrinsing artıq həyatımızın bir hissəsinə ...

Layihə Milestone-ları nədir? Onları necə müəyyən ...

Xəbərlər

Layihə Milestone-ları nədir? Onları necə müəyyən ...

Bir çox insan layihə milestone-larını sadəcə layihə qrafikində əsas hadisələri planlamaq, ...