• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

PMO.az PeopleCert-in akkreditə olunmuş təlim təşkilatı oldu

Sizinlə böyük bir yeniliyi bölüşməkdən məmnunluq duyuruq.
PMO.az artıq PeopleCert-in rəsmi Akkreditə Olunmuş Təlim Təşkilatı statusunu əldə etdi və bununla da regionda bu akkreditasiyanı alan ilk təşkilat oldu! 🎉

Bu əməkdaşlıq, beynəlxalq standartlara uyğun peşəkar inkişaf imkanlarını genişləndirmək və daha yüksək keyfiyyətdə təlim xidmətləri təqdim etmək istiqamətində mühüm bir addımdır. PMO.az olaraq PeopleCert və AXELOS-un aşağıdakı rəsmi təlim və sertifikasiya proqramlarını təqdim edəcəyik:
 • PRINCE2®️ Layihə İdarəetməsi
 • ITIL®️ Xidmət İdarəetməsi

ATO statusu, layihə idarəetməsi, IT xidmət idarəetməsi və ümumi təşkilati inkişaf sahəsində regionda bilik və bacarıqların artırılmasına verdiyimiz töhfəni daha da gücləndirir.
Bu əməkdaşlıq sayəsində təlim iştirakçılarımız daha yenilənmiş məzmun, yüksək keyfiyyətli tədris və beynəlxalq səviyyədə tanınan sertifikatlar əldə edəcəklər.
Bizə etimad göstərən tərəfdaşlarımıza, müştərilərimizə və icmamıza təşəkkür edirik.
Bu, yeni bir mərhələnin başlanğıcıdır.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

24.11.2025

HR-də yaxşı ideyalar niyə nəticə vermir?

Xəbərlər

HR-də yaxşı ideyalar niyə nəticə vermir?

HR-də bir çox yaxşı fikir eyni aqibəti yaşayır. Başlanğıcda hər şey ...

PMO.az və WUF13 əməkdaşlığı ilə Qarabağ ...

Xəbərlər

PMO.az və WUF13 əməkdaşlığı ilə Qarabağ ...

Keçdiyimiz günlərdə WUF13 və PMO.az'ın əməkdaşlıq çərçivəsində Xankəndi şəhərinin Qarabağ Universiteti ...