• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Moskva səfərim: 1-ci hissə

Moskva. Qısa səfər, amma bu dəfə maksimum xüsusilə akademik enerji ilə zəngin oldu. Lomonosov adına MDU-dan başlayım. Artıq 3-cü ildir ki, MDU-nun İF MBA dinləyiciləri üçün layihə menecmenti proqramını aparıram və hər dəfə bu, sadəcə dərs deyil - düşüncə, təcrübə və enerji mübadiləsidir.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

Bu dəfə biraz fərqli oldu. Sessiya aprelə keçirildiyi üçün (adətən dekabrda olurdu) proqramı sadəcə təkrarlamaq yox, tam yeniləmək qərarına gəldim. Beləliklə, MBA dinləyiciləri mənim yeni müəllif proqramımın rus dilində olan versiyasının ilk iştirakçıları oldular: “Layihənin anatomiyası: ideyadan reallığa”.

Proqramın zənginliyi onun interaktivliklə bol olmasıdır. Və səmimi deyim - alındı. İki gün tam immersion, müzakirələr, real кейslər və dərin düşüncə ilə dolu oldu. Proqramı daha da gücləndirən isə Lomonosov Klasterinə səfər oldu. MDU-nun yeni elmi-texnoloji mərkəzinin flaqman layihəsi, burada real innovativ layihələr həyata keçirilir. Bura nəzəriyyə ilə praktikanın eyni nöqtədə birləşdiyi yerə çevrilib. Geri dönüş? Səmimi, güclü və motivasiyaedici oldu. Qiymətləndirməni gözləyirəm. MDU İqtisadiyyat fakültəsinin rəhbərliyinə ayrıca təşəkkür edirəm. Bu mühitdə hiss olunan akademik güc və enerji hər dəfə insanı irəli aparır. Hə… az qaldı unudam. Kitabımın oxucular sərhədləri və auditoriyası biirazda genişləndi. Siz necə? Başlamısız oxumağa? Ardı var...

Ruhlandıran Layihələr: İdarəetmə İncəsənəti

23.04.2026

Güclü şirkət mədəniyyəti necə qurulur?

Xəbərlər

Güclü şirkət mədəniyyəti necə qurulur?

Əgər siz “şirkət mədəniyyəti qurmaq” anlayışına yalnız məhsuldarlığı və gəliri artırmaq ...

AmCham Azerbaijan ilə game day

Xəbərlər

AmCham Azerbaijan ilə game day

𝗔𝗺𝗖𝗵𝗮𝗺 𝗔𝘇𝗲𝗿𝗯𝗮𝗶𝗷𝗮𝗻 ilə əməkdaşlıq çərçivəsində PMO.az tərəfindən eksklüziv Layihə İdarəetməsi workshop-u ...