• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Layihənin uğuru üçün gözləntilərin idarə olunması: Maraqlı tərəflər reallığı necə formalaşdırır

Layihə uğuru uzun illər boyu “üçlü məhdudiyyət” – vaxt, büdcə və əhatə dairəsi – əsasında qiymətləndirilib. Əgər layihə vaxtında təhvil verilibsə, büdcə aşılmayıbsa və planlaşdırılmış işlər tam icra olunubsa, bu “uğur” sayılıb. Lakin müasir biznes mühitində bu yanaşma kifayət etmir. Çünki layihənin real dəyərini və uğurunu müəyyən edən əsas amil maraqlı tərəflərin onu necə qavramasıdır.

PMI-nin son araşdırmaları göstərir ki, layihə menecerlərinin ən böyük çağırışlarından biri maraqlı tərəflərin gözləntilərini anlamaq və idarə etməkdir. Çünki uğur artıq yalnız texniki nəticələrlə deyil, həm də insanların gördükləri fayda ilə ölçülür.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
 

Niyə qavrayış vacibdir?

Ən yaxşı göstəricilər belə, əgər maraqlı tərəflər nəticəni dəyərli hesab etmirsə, layihəni uğurlu göstərə bilmir. Bəzən bütün KPI-lar yerinə yetirilir, amma maraqlı tərəflər “bu layihə gözlədiyimiz faydanı vermədi” deyirlər. Digər hallarda isə müəyyən gecikmələrə və əlavə xərclərə baxmayaraq, nəticə faydalı və strateji baxımdan dəyərli olduğu üçün layihə uğurlu qəbul edilir.

Bu da onu göstərir ki, qavrayış – reallığın necə qəbul olunması – layihə uğurunun ayrılmaz hissəsidir.

 

Metriklərin rolu və məhdudiyyətləri

Aydın ölçmə sistemləri vacibdir: onlar layihəyə struktur, hesabatlılıq və izləmə imkanı gətirir. Araşdırmalar göstərir ki, yaxşı ölçmə sisteminə sahib olan layihələrin uğur qazanma ehtimalı iki dəfə artır.

Lakin burada əsas məqam odur ki, metriklər sadəcə izləmə üçün deyil, həm də qərarların qəbuluna istiqamət vermək üçün istifadə olunmalıdır. Əgər göstəricilər yalnız “hesabat üçün rəqəm” olaraq qalırsa, onların təsiri zəifləyir. Ən yaxşı nəticə isə o zaman əldə olunur ki, metriklər biznes məqsədləri ilə əlaqələndirilir və maraqlı tərəflərin dilində izah olunur.

Məsələn, “layihə xərcləri 10% azaldıldı” deməkdənsə, “şirkət illik 2 milyon dollar qənaət etdi və bu vəsait böyümə sahələrinə yönləndirildi” kimi ifadə daha çox təsir gücünə malikdir.

 

Qavrayış necə formalaşır?

Maraqlı tərəflərin layihə haqqında düşüncələri rəsmi hesabatlarla yanaşı, gündəlik söhbətlərdə, iclaslarda və hətta qeyri-rəsmi e-maillərdə də formalaşır. Əgər istifadəçilər çətinliklərdən danışırsa və ya sponsor nəticələri gözləntilərə uyğun hesab etmirsə, rəqəmlər bu mənzərəni dəyişə bilmir.

Başqa sözlə, uğur yalnız təqdim olunan məlumatlarla deyil, həm də paylaşılan təcrübə və hisslərlə ölçülür. Layihə menecerləri buna görə yalnız göstəricilərə fokuslanmamalı, həm də “uğur hekayəsini” düzgün qurmağı bacarmalıdır.

 

Layihə rəhbərlərinin məsuliyyəti

Maraqlı tərəflərin qavrayışlarını idarə etmək üçün layihə menecerləri:

Kriteriyaları erkən müəyyənləşdirməlidir – uğurun necə ölçüləcəyini layihənin əvvəlində dəqiqləşdirmək.

Mütəmadi yoxlamalar aparmalıdır – maraqlı tərəflərin gözləntiləri dəyişə bilər və buna vaxtında reaksiya vermək vacibdir.

Məlumatı hekayəyə çevirməlidir – göstəriciləri biznes məqsədləri ilə əlaqələndirib maraqlı tərəflərin dilində izah etmək.

Empatiya yaratmalıdır – müxtəlif maraqlı tərəflərin baxış bucağını anlamaq və onlara uyğun ünsiyyət qurmaq.

Layihə idarəedilməsi üzrə IPMA sertifikatının dərəcəsini yüksəltmək istəyənlər bu linkdən ətraflı məlumat ala bilərlər

Nəticə

Layihə uğuru artıq yalnız icra ilə deyil, həm də nəticələrin dəyərinin necə qəbul olunması ilə ölçülür. Uğurlu layihə rəhbərləri təkcə metrikləri izləyən deyil, həm də maraqlı tərəflərin qavrayışlarını idarə edənlərdir. Bu isə onların həm layihələrdə, həm də karyeralarında daha çox nüfuz qazanmasına imkan yaradır.

04.09.2025

FMG əməkdaşları ilə keçirilən “Öyrən, Yaz, ...

Xəbərlər

FMG əməkdaşları ilə keçirilən “Öyrən, Yaz, ...

🚀 FMG əməkdaşları ilə keçirilən “Öyrən, Yaz, Müdafiə et” təliminin son ...

Social Loafing nədir və komandada ona ...

Xəbərlər

Social Loafing nədir və komandada ona ...

“Social loafing” — bu, qrup şəklində işləyərkən fərdlərin tək işlədiklərindən daha ...