• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Layihələrin idarə olunması dövlət standartı bizə nə verir?

Layihələrin idarə olunması dövlət standartı bizə nə verir?

Bildiyiniz kimi, Ölkədə layihələrin keyfiyyətli və səmərəli idarə olunmasının təmin edilməsi məqsədilə AZS ISO 21500:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Kontekst və anlayışlar” və AZS ISO 21502:2022 “Layihə, proqram və portfelin idarəedilməsi.  Layihənin idarə edilməsinə dair təlimat” yeni dövlət standartları qəbul edilmişdir.

Təsisçisi olduğum “PMO.az” şirkəti tərəfindən təqdim edilən yeni standart layihələri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilmişdir.

Layihə düşüncə YouTube kanalımda qısa video parçalarla standartın açıqlanmasını təqdim etmişəm. Linkə keçid alaraq Layihə düşüncə kanalımıza abunə ola bilərsiniz. Hər kəsi Layihə düşüncə kanalımıza qoşulmağa və bizi izləməyə dəvət edirəm.

Yeni standartlar dövlət və özəl təşkilatlar da daxil olmaqla, ölçüsündən və növündən asılı olmayaraq bütün təşkilatlara, eləcə də mürəkkəbliyindən və müddətindən asılı olmayaraq istənilən layihə, proqram və portfelə şamil edilir. Bu standartların ölkədə tətbiqi beynəlxalq idarəetmə prinsiplərinə əsaslanan effektiv idarəçiliyin təşkilində faydalı olacaqdır.

Belə qərara gəldim ki, qısa məqalələrlə geniş auditoriyaya dövlət standartımızı təqdim edim. Biz birlikdə standartları incələyəcək və üstünlkləri barədə danışacağıq.

Beləliklə, Layihə düşüncəli olunki, layihə düşüncə faydalanasınız.

Ardı var...

Rəşad İbrahimov PMO.az Layihə düşüncə məktəbinin təsisçisi

İPMA İCB4 Beynəlxalq sertifikasiyadan faydalanmaq istəyənlər linkə keçə bilər https://pmo.az/ipma/

 

08.07.2022

Layihənin idarə edilməsində liderlik nədir? 

Xəbərlər

Layihənin idarə edilməsində liderlik nədir? 

Layihənin idarə edilməsində liderlik nədir?  Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...

Scrumban metodu nədir?

Xəbərlər

Scrumban metodu nədir?

Scrumban metodu nədir? Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin Scrumban, Scrum ...