• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

#Yüksəliş: İPMA İCB4 nədir?

İPMA İCB4 nədir?

#yüksəliş müsabiqədə qiymətləndiriləcək xüsusiyyətlər silsilə yazısından

Gəlin birlikdə İPMA İCB4 nədir sualına cavabdan başlayaq. 
Layihələrin idarə edilməsi üçün fərdi kompetensiyaların əsaslarının (ICB4®) dördüncü versiyası yaxud IPMA ICB4® layihə iştirakçılarının fərdi kompetensiyalarının qiymətləndirilməsi üçün beynəlxalq standartdır.

ICB4® məqsədləri sadədir – layihə idarə olunmasında fərdin kompetensiyasını zənginləşdirmək və yaxşılaşdırmaq, həmçinin tam reallaşdırıldığı təqdirdə idarəetmə üzrə həmin bilik sahələrinin tam mənimsənildiyini göstərən kompetensiyaların qiymətləndirilməsini təmin etməkdir.

ICB4® aşpazlıq kitabı yaxud layihələrin idarə edilməsi proseslərini müəyyənləşdirən dərslik deyil. Bu, arzulanan nəticənin alınması məqsədilə fərdlərə müəyyən sahədə iş üçün zəruri olan kompetensiyaların müəyyənləşdirilməsinin standartıdır.

Fərdi kompetensiyalar üzrə rəhbərlik (ICB®) layihənin uğurla həyata keçirilməsi üçün fərdə lazım olan kompetensiyaların tam toplusudur. Bu model bütün sektor və sahələrdə tətbiq oluna bilər. Təcrübə olmadan kompetensiya nə nümayiş etdirilə, nə də yaxşılaşdırıla bilər. O, şəxsin yüksəlməsi üçün əsas uğur amilidir.

Kompetensiya sahələri aşağıdakı kimi təsvir edilir: 
İnsan kompetensiyaları: 
Layihədə iştirak yaxud rəhbərlik üçün zəruri olan şəxsi və şəxslərarası kompetensiyaları təsvir edir.

Praktiki kompetensiyalar: 
Layihənin uğurla həyata keçirilməsi üçün istifadə edilən metodlar, alətlər və texnikaları təsvir edir.

Perspektivli kompetensiyalar: 
Fərdlərin ətraf mühitlə qarşılıqlı fəaliyyət göstərdikləri metodlar, alətlər və texnikaları təsəvvür edir, həmçinin insanlar, təşkilatlar və birliklərin layihə, proqram və layihə portfellərini həyata keçirmək və dəstəkləmək səbəblərini əsaslandırır.

 

14.04.2023

HR-də yaxşı ideyalar niyə nəticə vermir?

Xəbərlər

HR-də yaxşı ideyalar niyə nəticə vermir?

HR-də bir çox yaxşı fikir eyni aqibəti yaşayır. Başlanğıcda hər şey ...

PMO.az və WUF13 əməkdaşlığı ilə Qarabağ ...

Xəbərlər

PMO.az və WUF13 əməkdaşlığı ilə Qarabağ ...

Keçdiyimiz günlərdə WUF13 və PMO.az'ın əməkdaşlıq çərçivəsində Xankəndi şəhərinin Qarabağ Universiteti ...