Xəbərlər
“Erasmus+ Mediats” layihəsi çərçivəsində görüş
Bakı, 23 iyul, AZƏRTAC
Xəzər Universitetində “Erasmus+ Mediats” layihəsi çərçivəsində tərəfdaşların iştirakı ilə virtual görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan universitetlərində mediasiya ixtisası üzrə magistr proqramlarının açılması, müvafiq tədris proqramının hazırlanması, mediasiya ixtisaslarına qəbul olunmuş tələbələrin İspaniyanın Mursia Katolik Universitetində təlimlərdə iştirakı və layihənin bir il müddətinə uzadılması məsələləri müzakirə olunub.
Görüşdə mediasiya üzrə MBA proqramına qəbul olmuş tələbələrin sayı, tərtib olunmuş sillabus və kreditlər barədə məlumat verilib. Bildirilib ki, növbəti tədris ilində mediasiya ilə bağlı bir sıra tədbirlərin və seminarların keçirilməsi nəzərdə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır https://azertag.az/xeber/1837015
24.07.2021
Xəbərlər
Dövlət-Özəl Tərəfdaşlığı layihələrinin əsas növləri
Dövlət-Özəl Tərəfdaşlığı dedikdə çoxlarımızın ağlına yalnız ödənişli yollar və ya iri ...
Xəbərlər
Layihələrin idarə olunması yalnız metodologiya və ...
Layihələrin idarə olunması yalnız metodologiya və alətlərdən ibarət deyil — bu, ...