• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

7 iyun - 3 günlük proqramımızın 2-ci günü

3 günlük proqramımızın 2-ci günü, 7 iyun
Səhər Ibis Baku City oteli qarşısında toplaşıb Qobustana yola düşdük.Burada əvvəlcə Qobustan muzey-qoruğu və qayaüstü rəsmləri gördük,sonra isə açıq havada ekskursiya və palçıq vulkanlarına səfər etdik.

Naharı Xəzər sahilində yerləşən Darya Fish House restoranında etdik və dəniz kənarında gəzintidən zövq aldıq.Daha sonra Bakının müasir simvolu olan Ağ Şəhərə keçdik.Nizami Gəncəvi parkında gəzintidən sonra Nobel qardaşlarının ev muzeyinə baş çəkdik.

Günün sonunda otelə qayıtdıq və Qala gecəsinə hazırlaşdıq.Axşam saatlarında "Şirvanşahlar" Muzey-Restoranında təşkil olunan möhtəşəm şam yeməyində iştirak etdik.Bu məkan həm tarixi atmosferi, həm də zəngin milli mətbəxi ilə iştirakçıları valeh etdi.Bu dəfə dadına baxa bilmədiklərimizi mütləq sınadıq və Azərbaycan mətbəxinin rəngarəngliyinə bir daha heyran olduq.

7 iyun maarifləndirici,mədəni baxımdan zəngin,həmçinin dostluq və paylaşım ruhunda keçən bir gün oldu,proqramımızın parlaq anlarından biri kimi yaddaşlarda qaldı.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

16.06.2025

HR-də yaxşı ideyalar niyə nəticə vermir?

Xəbərlər

HR-də yaxşı ideyalar niyə nəticə vermir?

HR-də bir çox yaxşı fikir eyni aqibəti yaşayır. Başlanğıcda hər şey ...

PMO.az və WUF13 əməkdaşlığı ilə Qarabağ ...

Xəbərlər

PMO.az və WUF13 əməkdaşlığı ilə Qarabağ ...

Keçdiyimiz günlərdə WUF13 və PMO.az'ın əməkdaşlıq çərçivəsində Xankəndi şəhərinin Qarabağ Universiteti ...