• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

3 günlük proqramımızın son günü, 8 iyun

3 günlük proqramımızın son günü, 8 iyun

İlk məkanımız İçəri Şəhər oldu. Fuad Axundovun təqdimatında qonaqlarımız ilə birgə Bakının tarixini bir daha yaşadıq. Onun möhtəşəm təqdimatında qonaqlar heyran olmaqla yanaşı Bakımızı sevdi. İçəri Şəhərin dar küçələrini gəzdikcə, hər binanın tarixinə səfər etdikcə sahiblərinin talehlərini bilmiş olduq.

Təqdimatdan sonra İçəri Şəhərin mərkəzində yerləşən Pendir & Chorek restoranında çox dadlı bir səhər yeməyi ilə istirahət etdik. Günümüz Bakı turu ilə davam etdi — şəhərin simvollarından olan Atəşgah Od Məbədini ziyarət etdik. Bu qədim ziyarətgah qonaqlarımızda mistik və dərin təəssürat oyatdı. Ardınca isə sönməz alovun məkanı olan Yanardağa səfər etdik. Burada təbiətin bu nadir hadisəsi ilə – təbii qazla daim yanan dağla – yaxından tanış olduq.

Günün sonunda isə dəniz sahilinə, New Port restoranına yollandıq. Burada iştirakçılarla birgə gözəl bir axşam yeməyi, maraqlı söhbətlər və səmimi anlar yaşadıq. Proqramımızı isə dəniz kənarında ocaq qalayıb ətrafında deyib-gülərək, əsl dostluq və birliyə çevrilmiş bir atmosferdə başa vurduq.

8 iyun – tarix və mədəniyyətin, əyləncə və duyğunun vəhdətində tamamlanan möhtəşəm bir final oldu.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

17.06.2025

Konfranslardan nə ilə qayıdırsınız?

Xəbərlər

Konfranslardan nə ilə qayıdırsınız?

Hər dəfə Beynəlxalq layihə menecmenti Konfransında spiker kimi çıxış edəndə anlayıram ...

2025-ci ilin böyük uğuru - Dayanıqlı ...

Xəbərlər

2025-ci ilin böyük uğuru - Dayanıqlı ...

Bu il PMO.az Layihə Düşüncə Məktəbi üçün xüsusi oldu. Biz 2025-ci ...